Bu rayonda ikinci futbol klubu fəaliyyətə başladı - VİDEO

13 Sentyabr 2025 11:40 Region Liqası 7 579
Bu rayonda ikinci futbol klubu fəaliyyətə başladı - VİDEO

Bərdədə ikinci futbolu klubu yaradılıb.

Yeni komanda «Karma» adlanır.

Bir qrup yerli iş adamının formalaşdırdığı «Karma»nın sükanı arxasına Əli Quliyev gətirilib.

Bərdə futbolunun ən tanınmış simasının çalışdırdığı kollektiv əsasən gənclərdən təşkil olunub. Onlar Region Liqasının növbəti mövsümündə mübarizə aparacaq.

«Karma»ya qədər «Bərdə» də bu çempionatda mübarizə aparıb. İki il öncə fəaliyyətə başlayan rayonun eyniadlı təmsilçisi gələn sezonda da çıxışını davam etdirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu