Azərbaycanda bu liqada yeni mövsüm nə vaxt başlayacaq?

13 Avqust 23:40 Region Liqası 1 951
Azərbaycanda bu liqada yeni mövsüm nə vaxt başlayacaq?

Region Liqasında növbəti mövsümün nə vaxt start götürəcəyi bəlli olub.

Yarış son sezonla müqayisədə xeyli tez başlayacaq.

AFFA-dan əldə etdiyimiz məlumata görə, çempionatın sentyabrın sonu, oktyabrın əvvəlində başlaması planlaşdırılır.

Federasiya bu məqsədlə tezliklə qeydiyyat prosesini açıq elan edəcək. Liqada qüvvəsini sınamaq istəyən komandalara 1 ay vaxt veriləcək.

Onlar bu müddətdə tələb olunan bütün sənədləri hazırlayıb quruma təqdim eləməlidir. Region Liqasında son mövsüm 3 ayı əhatə edib.

Çempionat mart-may ayları ərzində keçirilib və qalib adını qazanan «Xankəndi» II Liqaya yüksəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 20:00 Çək və bizə göndər!