AFFA klubları sorğu-sual etdi - Çempionatda olmaq istəyirsizmi?

09:40 Region Liqası 996
AFFA klubları sorğu-sual etdi - Çempionatda olmaq istəyirsizmi?

Region Liqasının bir neçə təmsilçisi gələn mövsüm II Liqada mübarizə apara bilər.

Bu haqda AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Verilən informasiyaya görə, federasiya həvəskar çempionatda yarışan klublara müraciət ünvanlayıb.

Qurum onlar arasında sorğu keçirərək, yarımpeşəkar çempionatda çıxış etmək istəyib-istəməməkləri ilə maraqlanıb. Region Liqasının bir neçə mənsubu AFFA-nın sorğusuna müsbət cavab verib.

Sentyabrda II Liqanın növbəti sezonu start götürəcək. Peşəkar Futbol Liqasının (PFL) təşkilatçısı olduğu yarışla bağlı bəzi suallar mövcuddur.

«Qusar, «Ağdaş», «Göygöl» və digər bəzi iştirakçıların qarşıdakı çempionatdan kənarda qalması gözlənilir. Sırf maliyyə çatışmazlığı üzündən.

Böyük ehtimalla, onlar mübarizə meydanından kənarda qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti