“Çempionluq yolunda çox əziyyət çəkdik, bundan ötrü heyətimizi gücləndirməliyik”

28 May 2025 04:00 Region Liqası 3 285
“Çempionluq yolunda çox əziyyət çəkdik, bundan ötrü heyətimizi gücləndirməliyik”

“Xankəndi”nin baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis bunları söyləyib:

“Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik.

Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik.

Uğurlu çıxışı gələn mövsüm 2-ci Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu