Region Liqasını qazandılar, II Liqaya yüksəldilər - VİDEO

22 May 23:20 Region Liqası 1 163
Region Liqasını qazandılar, II Liqaya yüksəldilər - VİDEO

Region Liqasının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Şirvan” və “Xankəndi” üz-üzə gəlib.

Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Xankəndi”nin heyətində Bayram Əliyev (16), Hüseyn Axundov (63) və Elariz Xəlilli (79) dəqiq zərbə müəllifi olub.

Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən II Liqada oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.

Daha əvvəl baş tutan üçüncü yer uğrunda matçda “Ağstafa Gəncləri” “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edib.

“Şirvan” – “Xankəndi” 3:0

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!