İlk 3 yeri tutan komanda bu çempionata buraxılacaq

18 May 09:50 Region Liqası 3 159
İlk 3 yeri tutan komanda bu çempionata buraxılacaq

II Liqanın yeni mövsümündə iştirakçı sayı artırılmayacaq.

Bu barədə AFFA-dan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, ötən 2 ildə olduğu kimi, növbəti sezonda da burada 14 komanda mübarizə aparacaq.

II Liqanın 3 yarışmaçısı birbaşa I Liqaya vəsiqə qazandığından, onların yeri Region Liqasından gələnlərlə doldurulacaq. Belə ki, bu liqada ilk 3 pilləni tutanlar bir üst çempionatın sıralarına qəbul ediləcək.

Elə bu gün Region Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

«Şirvan» evdə «Göyəzən»lə qarşılaşacaq. «Ağstafa Gəncləri» doğma rayonda «Xankəndi»ni qəbul edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!