Qurbanlı 4 oyunluq cəza aldı, 300 manat cərimə edildi

3 May 2025 02:30 Region Liqası 2 034
Qurbanlı  4 oyunluq cəza aldı, 300 manat cərimə edildi

AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Qusar"ın futbolçusu Orxan Qurbanlını cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

İntizam Komitəsinin bugünkü iclasında 29 yaşlı yarımmüdafiəçi ilə əlaqədar qərar qəbul edilib.

Qərarda bildirilib ki, 23-cü tur çərçivəsində keçirilən “Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Qusar” isə 300 manat cərimə edilib.

O.Qurbanlı 2023-cü ilin sentyabr ayından "Qusar"ın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat