Regionda olay, “qol yağışı”, 1 dəqiqədə beş qırmızı vərəqə - AFFA-dan SƏRT QƏRAR!

29 Mart 2025 02:50 Region Liqası 2 068
Regionda olay, “qol yağışı”, 1 dəqiqədə beş qırmızı vərəqə - AFFA-dan SƏRT QƏRAR!

Region Liqasında keçirilən qalmaqallı İCBFA – “Xudat City” oyununda (5:1) baş verənlərə hüquqi qiymət verilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananları müzakirə edərək müvafiq qərarlar verib.

Həmin vaxt təcavüzkar davranışa görə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, “Xudat City”nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu