Bu rayonda baş məşqçi və klub rəsmisi hakimi döyməyə cəhd göstərdi!

14 Mart 2025 02:10 Region Liqası 1 542
Bu rayonda baş məşqçi və klub rəsmisi hakimi döyməyə cəhd göstərdi!

Region Liqasında keçirilən “Ümid” (Saatlı) – “Marafon” oyununda baş verən qalmaqalın günahkarları cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Ümid”in baş məşqçisi Anar Cəbrayılov qarşılaşmanın 60-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd edib. O, bu hərəkətinə görə 5 oyun cəzalanıb.

Oyun bitdikdən sonra “Ümid”in rəsmisi Şahmar Abdullayev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd edib. Buna görə də ona da 5 oyunluq cəza verilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu