
"Qusar" komandası Region Liqasının finalına vəsiqə qazanıb.
Yarımfinalda Naxçıvan təmsilçisi "Şərur"la qarşılaşan komanda minimal hesablı qələbəyə sevinib - 1:0.
Matçda yeganə qolu Tural Cəlilov vurub.
Qarşılaşmadan sonra paltardəyişmə otağında maraqlı anlar yaşanıb.
Futbolçular qələbənin sevincini yaşadığı vaxt azarkeşlərdən biri onların yanına gəlib.
Orta yaşlı tərəfdar qələbə qolunun müəllifi olan kapitanı yanına çağırıb və ona pul mükafatı verib.
Məbləğ 100 manat olub.
Onun bu addımı alqışlarla qarşılanıb.
Maraq üçün bildirək ki, Tural Cəlilov peşəkar karyerası ərzində ölkəmizdə "Xəzər Lənkəran", "Zirə", "Simurq", "Kəpəz" və "Rəvan" kimi komandaların şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: