Mübariz Mənsimov əlini yeni yaranmış klubun ÜZƏRİNDƏN GÖTÜRDÜ

25 Yanvar 2023 15:00 Region Liqası 4 253
Mübariz Mənsimov əlini yeni yaranmış klubun ÜZƏRİNDƏN GÖTÜRDÜ

Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov «Xəzər Lənkəran 42»yə maliyyə ayırmaqdan imtina edib.

Tanınmış gəmi maqnatı yeni yaradılan klubun dəstəkçiləri arasında olmaq istəməyib.

Region Liqasının cari mövsümünün iştirakçıları sırasında yer alan «yaşıllar» bundan sonra onun yardımı olmadan yoluna davam etməlidir.

Səbəb o deyil ki, Mənsimovun Lənkəran təmsilçisinə ayırmağa vəsaiti yoxdur. O, sadəcə, yarımhəvəskar klubla adının yanaşı hallanrmasını istəmir.

Digər tərəfdən isə «Xəzər Lənkəran 42»nın direktoru Höccət Hacıyev iş prosesində səhvlərə yol verib. Mənsimovun yaxın qohumu reptuasiyası birmənalı olmayan bəzi şəxsləri komandanın idarəçiliyinə cəlb eləyib.

Onlarla bir sırada dayanmağı özünə yaraşdırmayan iş adamı Hacıyevlə görüşməkdən imtina eləyib. Direktor bu məqsədlə İstanbula yollansa da, qapının arxasında qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti