"Xan Lənkəran" Rövnəq Abdullayevin AFFA-dan getməsini gözləyir

15 İyul 2022 16:40 Region Liqası 1 861
"Xan Lənkəran" Rövnəq Abdullayevin AFFA-dan getməsini gözləyir

Ötən ilin yayında yaradılan «Xan Lənkəran»ın fəaliyyətini davam etdirib-etdirməyəcəyi sentyabrda dəqiqləşəcək.

Düzdür, klub bütün çalışmalarını dondurub və bu, sırf AFFA ilə bağlıdır.

Region Liqasının gümüş medalçısı çox cəhd göstərsə, bütün tələbləri yerinə yetirməyə hazır olduğunu bəyan eləsə də, federasiyanı fikrindən daşındıra bilmədi və I Divizionun növbəti mövsümünün iştirakçılarının siyahısından kənarda qaldı.

AFFA «Xan Lənkəran»ın «Palmali»nin sahibi Mübariz Mənsimov tərəfindən maliyyələşdirilməsi şübhəsini və iki klubun rəhbərliyi arasında münasibətlərin yaxın olmasını əldə bayraq tutaraq, onları aşağı liqaya buraxmadı.

Cənub təmsilçisi belə vəziyyətdə tələsik qərar vermək istəmir.

«Xan Lənkəran» AFFA-da dəyişikliyin olacağına ümid bəsləyir və inanır ki, Rövnəq Abdullayev federasiyanın prezidenti postundan istefa versə, yeni gələn rəhbərlik onların önündə «yaşıl işıq» yandıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti