Şamaxıya gələn klub rəhbərinə təklif ediblər ki... MARAQLI ETİRAFLAR

3 İyul 2022 00:40 Region Liqası 966
Şamaxıya gələn klub rəhbərinə təklif ediblər ki... MARAQLI ETİRAFLAR

"Kolos"un rəhbəri və kapitanı Dmitri Çisti komandasının Azərbaycanda keçirilən UEFA Region Kubokunun ilkin mərhələsində qazandığı qələbə, həm də "Cəbrayıl"la (1:2, 2:6) görüşlər barədə Belarus mətbuatına danışıb.

Sportinfo.az həmin müsahibədən bəzi hissələri təqdim edir:

- Turnirdəki komandaların səviyyəsini necə qiymətləndirirsiniz?
-
Azərbaycan və Qazaxıstandan olan rəqiblərlə oynadıq və bu komandalar texniki baxımdan çox yaxşı görünürdü, amma fiziki cəhətdən hazır deyildilər. Bu da onlar üçün böyük çatışmazlıq idi. "Kaskelen"lə final görüşü 34 dərəcə istidə keçirildi. Onların əvəzetməsi belə qalmamışdı. Yuri İosifoviç estonların matçına da baxmağa getmişdi, amma mən onların oyununu görmədim. Ona görə də estonlar barədə də bir söz deyə bilmərəm.

- Belarus ikinci liqasının səviyyəsi yüksəkdi, yoxsa Azərbaycanda keçirilən turnirdəki komandaların səviyyəsi?
-
Turnirin səviyyəsi daha yüksək idi. Bizim komanda Minsk vilayətinin oyunçularından formalaşmışdı. Amma turnirdəki rəqiblər başa düşdüyüm qədərilə, bir bölgədən yox, ölkənin hər yerindən, həvəskarlardan ibarət komandalar idi.

- Futboldan başqa əsas işiniz nədən ibarətdi?
-
Çervensk Rayon İcraiyyə Komitəsinin təhsil, idman və turizm şöbəsi və FSK-nın sədriyəm. Həm də tikinti sektorunda işləyirəm.

- Deməli, Azərbaycana səfər sizin üçün həm də əlavə istirahət kimi oldu. Bu ölkəni turizm baxımından necə qiymətləndirərdiniz?
-
Mənim xoşum gəldi. Eyni zamanda Bakı çox gözəl və inkişaf etmiş şəhərdi. Qonaqpərvərlik baxımından da hər şey yüksək səviyyədədi. Hamı çox mehribandır! Şamaxıda ilk məşqimizi keçirəndə yaşlılar, uşaqlar yaxınlaşıb çaya, yeməyə dəvət edirdilər. Onların komandasını iki dəfə məğlub etsək də, bizə qarşı heç bir aqressiyaları yox idi. Bizə qarşı çox mehriban və qonaqpərvər idilər. Üstəlik çox səliqəli və təmizdirlər.

Digər Xəbərlər
Xəbər Lenti