"Elxan Məmmədov mənə dedi, sən azsaylı futbol adamlarından birisən ki…"

19 Dekabr 2021 14:00 Region Liqası 1 133
"Elxan Məmmədov mənə dedi, sən azsaylı futbol adamlarından birisən ki…"

“Klubu yaratmamışdan qabaq bir həftədə üç dəfə Elxan Məmmədovla görüşmüşəm“.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qatılan “Cəbrayıl“ın yaradıcısı Cavid Hüseynov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə sualları cavablandıran yeni klubun sahibi AFFA-nın icraçı vitse-prezidentinin ona nə söylədiyini açıqlayıb:

“Bilirsiz, Elxan müəllimlə görüşmək asan məsələ deyil. Vaxtı çox azdır. Amma sağ olsun, mənə vaxt ayırdı, nə iş görmək istədiyimi ona izah etdim.

Gələcək planlarımı açıqladım, bildirdim ki, fikrim Cəbrayılda böyuk futbolun olmasıdır. O da söylədi ki, sən azsaylı adamlardan birisən ki, özünlə bağlı yox, futbolun inkişafı üçün iş görmək istəyirsən.

Dedi ki, AFFA sizə dəstəkdir, nə probleminiz olsa, bizə deyin. AFFA bizi forma və inventer verib. Komandaya avtobus ayırıblar.

Bakıxanov qəsəbəsində yerləşən bazada həftədə 3 məşq keçməyimizə şərait yaradıblar. Açığı, meydança məsələsində «Neftçi» rəhbərliyinin də bizə dəstəyi çoxdur».

Digər Xəbərlər
Xəbər Lenti