Bəlkə də AFFA bunu yaratmaqla, futbol ab-havasını rayonlarda hiss etdirmək niyyətindədir"

8 Dekabr 2021 16:00 Region Liqası 1 174
Bəlkə də AFFA bunu yaratmaqla, futbol ab-havasını rayonlarda hiss etdirmək niyyətindədir"

“AFFA-nın bu çempionatı hansı məqsədlə yaratdığını bilmirəm”.

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"ndə iştirak edən “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qatılan I Divizion klubunun rəhbəri Region Liqasının perspektivi haqda danışıb.

Sitat: “Bir neçə oyunun videosunu izləmişəm. Görürsən ki, rayonlarda, kəndlərdə keçirilən oyunlara nə qədər adam gəlir, komandalara dəstək verir.

Bu, bir daha təsdiq edir ki, bölgələrdə futbola nə qədər həvəs və maraq var. Bəlkə də AFFA Region Liqasını yaratmaqla, futbol ab-havasını rayonlarda hiss etdirmək niyyətindədir.

Ancaq səviyyə o deyil. Premyer Liqa və Divizionda təhlükəsizlik tədbirlərinə çox ciddi fikir verilir, polis və tibbi yardım maşını stadionda olar.

Region Liqasının keçirildiyi stadionların vəziyyəti isə yaxşı deyil, meydançalar kələ-kötürdür. Belə şəraitdə futbolçuların yetişməsi çətin məsələdir”.

Digər Xəbərlər
Xəbər Lenti