“Karvan” tanınmış simaları Yevlaxa gətirir - 1 manatlıq yardım kampaniyası

8 Dekabr 2021 13:40 Region Liqası 1 577
“Karvan” tanınmış simaları Yevlaxa gətirir - 1 manatlıq yardım kampaniyası

Futbol ictimaiyyətinin Region Liqasına marağı günü-gündən artır.

Sportinfo.az xəbər verir ki, Şimal-Qərb regionu üzrə VII tur çərçivəsində keçiriləcək “Karvan” – “Energetik” matçını izləyənlər arasında ötənlərin tanınmış simaları da olacaq.

Yevlax təmsilçisi vaxtilə bu komandanın formasını geyinmiş Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Tərlan Əhmədov, Fərrux İsmayılov, baş məşqçisi olmuş Yunis Hüseynov və Mingəçevir futbolunun yetirməsi Ramiz Məmmədovu “Energetik”lə Aran derbisinə fəxri qonaq kimi dəvət edib.

Bununla bağlı plakat hazırlayan “Karvan” rəhbərliyi bu vasitə ilə azarkeşlərin də stadiona axın etməsinə çalışır. Komandaya dəstək üçün 1 manatlıq yardım kampaniyası bu qarşılaşmada da davam etdiriləcək.

“Karvan” – “Energetik” oyunu dekabrın 11-də keçiriləcək. Hazırda “Energetik” 13 xalla birinci, “Karvan” isə 10 xalla üçüncü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti