AFFA Cavid Hüseynovun yaratdığı klubla bağlı qərarını verdi

1 Oktyabr 2021 19:20 Region Liqası 2 946
AFFA Cavid Hüseynovun yaratdığı klubla bağlı qərarını verdi

Millinin sabiq futbolçusu Cavid Hüseynovun yaratdığı “Cəbrayıl” növbəti mövsüm Region Liqasında mübarizə aparacaq.

Bu barədə Sportinfo.az-a AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib.

Onun sözlərinə görə, komanda ev oyunlarını Bakıda keçirəcək: “Cəbrayıl”la bağlı işlər davam etdirilir. Bəzi şərtlər var ki, onların da tamamilə yerinə yetirilməsini gözləyirik.

Belə götürəndə, əksər sənədləri təqdim ediblər. Təminatla əlaqəli məsələ də tezliklə həllini tapmalıdır.

“Cəbrayıl”ın hələ nə qədər Bakıda çıxış edəcəyini bilmirik. Bu, komandanın təmsilçisi olduğu rayonun məskunlaşmasından, orada şəraitin nə vaxt yaradılmasından asılıdır”.

Digər Xəbərlər
Xəbər Lenti