Generalı mühafizə edən "Qəbələ"nin prezidenti cəbhədən qayıtdı

30 Noyabr 2020 21:20 Qəbələ 1 625
Generalı mühafizə edən "Qəbələ"nin prezidenti cəbhədən qayıtdı

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.

Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti