"Qəbələ"nin prezidenti bu məlumatı təsdiq etdi

3 İyul 2020 17:10 Qəbələ 1 116
"Qəbələ"nin prezidenti bu məlumatı təsdiq etdi

"Qəbələ"nin gələn mövsüm üçün baş məşqçi məsələsinə aydınlıq gətirməsini dünən xəbər vermişdik (https://www.sportinfo.az/idman_xeberleri/qebele/87332.html).

Klubun prezidenti Fariz Nəcəfov yaydığımız məlumatı bu gün təsdiqləyib. Bildirib ki, Elmar Baxşıyev “Qəbələ”ni çalışdırmaqda davam edəcək.

Əyalət təmsilçisi yarımçıq dayandırılan 2019/2020 mövsümündə 20 oyundan 19 xalla 8-ci yeri tutub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib.

Sportinfo.az xəbər verir ki, birillik müqaviləyə imza atacaq Baxşıyevin qarşısına gənclərdən ibarət mübariz komanla yaratmaq məqsədi qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti