"Qəbələ"dən baş məşqçi seçimi – SON DƏQİQƏ

2 İyul 2020 20:40 Qəbələ 1 737
"Qəbələ"dən baş məşqçi seçimi – SON DƏQİQƏ

«Qəbələ»ni növbəti mövsümdə növbəti mövsümdə çalışdıracaq məşqçi müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi Elmar Başıyevlə yola davam etməyi lazım bilib.

Onunla müqavilənin daha 1 il müddətinə uzadılması razılaşdırılıb.

Bu, doğru addımdır. Baxşıyev uzun illərdir əyalət təmsilçisində çalışır. Akademiyadan əsas komandaya kimi yol gəlib. Buranın hər qarışına bələddir. Həm də ki, təəssübkeşdir.

Baxşıyev ötən müddətdə problem yaradan biri kimi özünü tanıtmayıb. Həmişə söz-söhbətdən, qalmaqaldan uzaq olub. O. rəsmilərlə bərabər, futbolçularla dil tapmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti