"Qəbələ"nin məşqçi və futbolçuları pul yığacaq – FOND ÜÇÜN

25 Mart 2020 13:26 Qəbələ 518
"Qəbələ"nin məşqçi və futbolçuları pul yığacaq – FOND ÜÇÜN

Bir neçə gün əvvəl ölkə prezidenti İlham Əliyev tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

İlk olaraq elə dövlət başçısı bir illik əməkhaqqınıı fonda köçürdüyünü açıqladı. Birinci vitse-prezident Mehriban Əliyeva da eyni addımı atdı. Bundan sonra müəyyən təşkilatlar, banklar və müəssələr də bu təşəbbüsə qoşuldular.

Dünən "Qarabağ"ın futbolçuları və baş məşqçisi Qurban Qurbanovun da fonda 70 min manat köçürmə etdiyi məlum oldu. Görəsən, digər klubların məşqçi və futbolçu heyəti də belə bir addım atmağı düşünürmü?

Bununla bağlı "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a deyib: "Çox yaxşı bir addımdır. Həm klub, həm də futbolçular tərəfindən.

Biz də qoşulmaq istərdik. Rəhbərlik səviyyəsində danışacağıq. Futbolçular, məşqçilər heyəti olaraq biz də nə mümkündüsə fonda kömək etməyə çalışacağıq. Belə şeylərə müsbət yanaşıram".

Digər Xəbərlər
Xəbər Lenti