"Mən "Qəbələ"də işləyəndə…" - ÜNLÜ SİMADAN ÖNƏMLİ FİKİRLƏR

18 Mart 2020 19:02 Qəbələ 724
"Mən "Qəbələ"də işləyəndə…" - ÜNLÜ SİMADAN ÖNƏMLİ FİKİRLƏR

“Lokomotiv”in (Moskva) baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycanda da keçiriləcək Avropa çempionatı barəsində danışıb:

“Bakıda möhtəşəm Olimpiya Stadionu var. Azərbaycanlılar qonaqpərvər millətdir. Orada baş tutan bütün idman tədbirləri həmişə yaxşı keçirilib.

Buna görə də Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub. Mən orada işləyəndə futbola çox böyük diqqət ayırırdılar.

Klublar yaxşı sponsorlara malik olmalıdırlar. Bu, futbolun inkişafına da kömək olacaq. O zaman Azərbaycan millisi də uğurlu çıxış edəcək”.

Syomin 2013-14-cü illərdə “Qəbələ” komandasının baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!