"Qəbələ"də əməliyyat

11 Mart 2020 19:32 Qəbələ 760
"Qəbələ"də əməliyyat

"Qəbələ"nin müdafiəçisi Yusif Nəbiyev sol çiynindən əməliyyat edilib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu Ukraynada bıçaq altına düşüb.

Onun əməliyyatı uğurlu keçib. Yusif bir müddət yaşıl meydanlardan kənar qalacaq.

Nəbiyev bu mövsüm "qırmızı-qaralar"ın heyətində 22 oyunda meydanda olub. Əməliyyat gənc oyunçunun israrıyla baş tutub.

Bunun üçün Premyer Liqanın son 3 turunda meydana çıxmayıb.Ümumiyyətlə, Yusifin çiynində xeyli müddətdir problem var. Həmin nahiyədə xroniki zədə əmələ gəlib.

Digər Xəbərlər
Xəbər Lenti