“Qəbələ” ilk komandadır ki...

9 Mart 2020 17:38 Qəbələ 689
“Qəbələ” ilk komandadır ki...

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”ı qəbul edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ev oyununda 5:0 hesabı ilə qalib gəlib.

Bu, komandanın cari mövsümdə ən böyükhesablı qələbəsidir. “Qəbələ” həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqilə qalib gələn ilk komandadır.

Ümumiyyətlə isə “Qəbələ” tarixində 53-cü böyükhesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.

Premyer Liqada əldə olunan üç və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”