"Bir az oyunçularıma iradlarım var ki..." - FOTOREPORTAJ

17 Fevral 2020 00:28 Qəbələ 409
"Bir az oyunçularıma iradlarım var ki..." - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVII turun ikinci oyun gününsə ilk matç “ASCO Arena”da keçirilib.

“Qəbələ” “Səbail”in qonağı olub. Ötən turun “Sabah”la görüşü ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində üç dəyişiklik edilib.

Qapıçı Anar Nəzirov, legionerlər Abderafik Jerar və Nikolas Raysel ilk “11-lik”də yer alıb. Onlar Tərlan Əhmədli, Ülvi İsgəndərov və Asif Məmmədovu əvəzləyiblər.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Ön xətdə daha fəal təsir bağışlayan “Qəbələ” rəqib qapısı önünə bir neçə təhlükəli həmlə təşkil edib. Bunlardan biri Nikolas Rayselin hesabı açması ilə nəticələnib.

Fransalı forvard ardıcıl ikinci oyunda qol sevinci yaşayıb. Buraxılan qoldan sonra bakılılar fəallığı artırsalar da, “Qəbələ” də yaddaqalan hücumlar qurub. Lakin fasiləyədək hesab dəyişməyib.

İkinci yarı komandamız üçün uğursuz başlayıb. Fasilədən az sonra meydan sahibləri Mirsahib Abbasovun qolu ilə hesabda tarazlıq yaradıblar.

Bundan ruhlanan paytaxt təmsilçisi hücumlarını davam etdirib və az keçməmiş 2-ci qolu vurub. Rauf Əliyev “Səbail”i hesabda irəli çıxarıb.

Səfərdə oynamasına baxmayaraq ardıcıl hücumlar quran “qırmızı-qaralar” bir neçə dəfə fərqlənməyə yaxın olub. Klesio Baukun uzaq zərbələri yaddaqalan olub.

75-ci dəqiqədə Fernan Lopez ikinci sarı vərəqəyə görə meydanı tərk edib. Bundan sonra da üstünlüyünü sürdürən “Qəbələ” hücumlara ara verməyib.

Lakin belə həmlələr rəqib üçün sürətli əks-hücum imkanı yaradıb. Belə epizodların birində penalti qazanan ev sahibləri 3-cü qolu vuraraq görüşdən 3 xalla ayrılıblar.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev “Qış fasiləsindən sonra start nəticə baxımından yaxşı alınmır. Amma oyun planında komandadan razıyam. Heyətə yeni qoşulanlar var. Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır ki, komanda daha baxımlı oynasın. Hesabı açandan sonra 3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım. Bütün komanda şəklində müdafiə olunmağı bacarmırıq. Bizim üçün önəmli fiqur olan İbrahima Niasse gedəndən sonra bir az çətinlik çəkirik. Bu komanda oynamağı bacarır və potensiala malikdir. İnanıram ki, bir müddətdən sonra daha yaxşısını edib, nəticələr qazanacağıq. İlk gündən çalışmışam ki, hücum futbolu oynayaq. Öz fəlsəfəmi də bunda görürəm. İstəməzdim ki, 90 dəqiqə müdafiədə oturub, bir şansın ümidinə qalsın. Futbol gözəlliyi sevir və gözəl futbolla nəticə qazanmaq istəyirik. Hakimlik normal idi. Bir az oyunçularıma iradlarım var ki, konsentrasiyanı itirdilər və lazımsız vərəqələr aldılar”.

“Səbail” – “Qəbələ” 3:1

“ASCO Arena”, 300 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Eyyub İbrahimov

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Sarı vərəqələr: Rahid Əmirquliyev, 52 (qeyri-idman hərəkəti); Ruslan Hacıyev, 61 (qeyri-idman hərəkəti) // Klesio Bauk, 55 (qeyri-idman hərəkəti); Fernan Lopez, 61 (hakimin qərarına etiraz), 75 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 81 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Fernan Lopez, 75

Qollar: Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

“Səbail”

1. Aleksandr Rıbka

13. Şəhriyar Rəhimov

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

55. Adil Nağıyev

9. Mirsahib Abbasov

(7. Fəhmin Muradbəyli, 62)

11. Rauf Əliyev

10. Maykl Esyen

(8. Lema Mabidi, 62)

21. Eriko da Silva

27. Hendrik Ekşteyn

19. Ruslan Hacıyev

(97. Bahadur Həziyev, 84)

Ehtiyat oyunçular:

25. Elxan Əhmədov

88. Orxan Qurbanlı

4. Eltun Yaqublu

26. Kamal Qurbanov

17. Elçin Rəhimli

3. Turan Manafov

30. Murad Qayalı

79. Əli Sadıxov

45. Kənan Quliyev

Baş məşqçi: Aftandil Hacıyev

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

74. Yusif Nəbiyev

3. İviça Juniç

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

12. Abdelrafik Jerar

(9. Ehtiram Şahverdiyev, 90)

32. Nikolas Raysel

19. Rövlan Muradov

(14. Ülvi İsgəndərov, 73)

2. Amin Seydiyev

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

11. Asif Məmmədov

5. Rasim Ramaldanov

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

22. Rodriqo Qattas

17. Yaovi Akakpo

55. İdris İnqilablı

27. Samir Məhərrəmli

Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti