“Qarabağ” inadkarlıq göstərdi, “Makkabi”dən xal aldı

3 Dekabr 2020 23:48 Qarabağ 375
“Qarabağ” inadkarlıq göstərdi, “Makkabi”dən xal aldı

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edib. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparıblar.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasiləyə qədər Ağdam klubu buraxılan topun əvəzini çıxmağı bacarıb. İkinci hissədə isə qapılara ümumiyyətlə qol vurulmayıb. Beləcə, Azərbaycan çempionu qrup mərhələsində ilk xalını qazanıb.

İ qrupu
3 dekabr

21:55. “Qarabağ” – “Makkabi” 1:1

Qollar: X.Romero, 37 - Y.Kohen, 22-pen.
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 29. Zamiq Əliyev.
Məşqçi: Elçin Rəhmanov.
Makkabi: 19. Daniel Tennenbaum, 9. Nik Blekmen, 17. Dan Biton, 18. Eytan Tibi, 21. Şeran Yeini, 23. Eyal Qolasa, 24. Yonatan Kohen, 27. Ofir Davidzada, 30. Maor Kandil, 42. Dor Perets, 44. Luis Ernandes.
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 6. Dan Qlazer, 10. Etey Şexter, 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 31. Şahar Piven, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 72. Aleksandar Peşiç.
Baş məşqçi: Yorqos Donis.

Xəbər Lenti
23 Yanvar 23:40 "Qarabağ"ın 400-cü...