"Qarabağ" əlindən buraxdı, indi Çin ondan danışır - FOTO

19 Noyabr 2020 19:20 Qarabağ 1 818
"Qarabağ" əlindən buraxdı, indi Çin ondan danışır - FOTO

"Qarabağ"ın sabiq legioneri Dino Ndlovu rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Çin təmsilçisi "Çjetszyan Qrintaun"da çıxış edən 30 yaşlı hücumçu klubun tarixinə düşüb.

Cənubi afrikalı forvard klubun ən çox qol vuran oyunçusu ünvanını ələ keçirib. Ndlovu Superliqaya vəsiqə uğrunda ilk pley-off matçında "Uhan Çjoer"i məyus edib. Təcrübəli forvard 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Çində olduğu müddətdə 65 oyuna 42 qol vuran hücumçu 88 qarşılaşmada 41 dəfə fərqlənən braziliyalı forvard Anselmo Ramonun rekordunu qırıb.

Qarşılaşma 2:2 yekunlaşıb. Komandalar arasındakı cavab oyunu noyabrın 22-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı