“Qarabağ” ev oyununu İsraildə keçirmək istəyib? - YENİ İDDİA

23 Oktyabr 2020 14:22 Qarabağ 536
“Qarabağ” ev oyununu İsraildə keçirmək istəyib? - YENİ İDDİA

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Avropa Liqasındakı ev oyunlarını alternativ ölkədə keçirmək məcburiyyətində qalan “Qarabağ” növbəti rəqibini İsraildə qəbul etmək istəyib.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə İsrail mətbuatı çıxış edib.

Bildirilib ki, “Makkabi” ilə oyun üçün iki gündür Təl-Əvivdə olan Azərbaycan çempionu bu şəhəri çox bəyənib. Hətta məsələ ilə bağlı “Makkabi” rəhbərliyi və İsrail Futbol Assosiasiyasına müraciət də edilib.

Lakin yekun qərarı yerli səhiyyə nazirliyi verməli olub. Onlar koronavirus pandemiyası ilə əlaqədar buna icazə verməyiblər. Nazirlik yalnız İsrail təmsilçilərinin rəqiblərini bu ölkədə qəbul edə biləcəyini çatdırıb, müraciəti təsdiqləməyib.

İlk matçda “Makkabi”yə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” II turda İspaniya klubu “Vilyarreal”ı İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar