"Qarabağ"la matçda futbola nifrət etdim, qorxunc şübhələrim var idi"

22 Sentyabr 2020 12:58 Qarabağ 975
"Qarabağ"la matçda futbola nifrət etdim, qorxunc şübhələrim var idi"

"Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim.

Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi".

Sportinfo.az xəbər verir ki, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Rbnett.no" nəşrinə açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, penaltilər seriyasında qorxunc səhnələr möcüzəyə çevirilib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda düşərgəmizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim".

Əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?