“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bilindi

9 Avqust 2020 14:18 Qarabağ 1 798
“Qarabağ”ın Çempionlar Liqasında  rəqibi bilindi

Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

“Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi, həmçinin Avropa Liqasında çıxış edən Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın qarşılaşacağı komandalar avqustun 10-da keçiriləcək püşkatmalarda bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi