Mahir sözünü dedi: Təklif gəlsə, "Qarabağ"dan ayrılacaq

5 İyul 2020 19:00 Qarabağ 1 253
Mahir sözünü dedi: Təklif gəlsə, "Qarabağ"dan ayrılacaq

«Qarabağ»ın hücumçusu Mahir Emreli Azərbaycandan ayrılmaq istəyindədir.

Sportinfo.az-ın məlumatına görə, klub rəsmiləri ilə görüşərək, legioner həyatı yaşamaq arzusunda olduğunu bildirib.

Artıq bunun vaxtının yetişdiyini söyləyən 23 yaşlı forvard xaricdən gələn təkliflərin birini dəyərləndirmək fikrinə düşdüyünü gizlətməyib.

7 qolla Premyer Liqanın yarımçıq qalan mövsümünün bombardiri olan Mahir qeyd edib ki, əgər Avropanın «böyük beşliy»yinə daxil ölkələrin klublarından təklif alarsa, qışda «Qarabağ»da ayrılacaq.

İndiyədək onun çoxlu belə imkanı olub. Və hər dəfə bir bəhanəylə şansı özündən uzaqlaşdırıb. «Sevilya», «Seul», «Antalyaspor» və digər komandalardan dəvətl alsa da, hamısını geri çevirib.

Digər Xəbərlər
Xəbər Lenti