Qurban Qurbanov bu futbolçunun üstündən qara xətt çəkdi - BİRDƏFƏLİK

4 İyul 2020 18:20 Qarabağ 2 290
Qurban Qurbanov bu futbolçunun üstündən qara xətt çəkdi - BİRDƏFƏLİK

Riçard Almeydanın ikinci dəfə «Qarabağ»a qayıtmaq arzusu suya düşüb.

Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçinin dönüşü son anda baş tutmayıb.

Buna səbəb Qurban Qurbanovun braziliyalının fikrinə qarşı birmənalı mövqeyidir.

Baş məşqçi pula görə iki dəfə komandanı atıb gedən millinin üzvünün faydalı olacağını düşünmür. Qurbanovun gəldiyi qənaətə görə, 32 yaşlı orta sahə oyunuçusu indiki vəziyyətdə «Qarabağ»ın gücünə güc qatmaq iqtidarında deyil.

Almeyda Azərbaycana 2012-ci ildə gəlib və 6 il «Qarabağ»ın uğurları üçün tər töküb. Daha sonra «Astana»ya yollanıb, lakin müxtəlif problemlər üzündən 6 ay keçməmiş Qazaxıstandan ayrılıb.

Bu ilin əvvəlində isə Birləşmiş Ərəb Əmirliklərinə üz tutub, «Baniyas»la 6 ay+2 illik anlaşıb. Braziliyalını Dubay kubuna aparan Vinfred Şeffer yaxınlarda buradan göndərilib.

Müqaviləsi başa çatan almaniyalı mütəxəssisi Daniel İsaila əvəzləyib. Rumıniyalı mütəxəssisin təyinatından gözü su içməyən Almeyda əsas heyətdə yer almayacağını başa düşüb.

Eyni zamanda, «Baniyas»da maliyyə problemləri baş qaldırıb. Dubay klubunun rəhbərliyi illik alacağı 1 milyon dolları keçən əksər futbolçularıyla vidalaşıb.

Yığmamızın milliləşdirilən üzvünə isə əvvəl aldığından 2 dəfə aşağı məbləğə qalmaq təklif olunub. Odur ki, Almeyda təkrar «Qarabağ»a dönmək üçün variantlar axtarır.

Digər Xəbərlər
Xəbər Lenti