“Qarabağ”a dönmək üçün klubuna təzyiq göstərir? - Masaya əyləşin

21 Aprel 01:20 Qarabağ 7 472
“Qarabağ”a dönmək üçün klubuna təzyiq göstərir? - Masaya əyləşin

“Krasnodar”ın vingeri Kadi Yuri Borges yayda “Qarabağ”a qayıda bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı braziliyalı legioner komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib.

O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.

“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, onu icarəyə götürməyə müsbət yanaşa bilər.

Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.

“Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer edib. Cənubi amerikalı Rusiya klubu ilə 3+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti