"Qarabağ" "+1"in qüvvəyə minməsini istəmədi – AYRILIQ XƏBƏRİ

27 May 2020 16:42 Qarabağ 991
"Qarabağ" "+1"in qüvvəyə minməsini istəmədi – AYRILIQ XƏBƏRİ

«Qarabağ»ın müqaviləsini yeniləməyəcəyi daha bir legionerin kimliyini müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov Faysal Rerrasın xidmətindən yararlanmayacağını qətiləşdirib.

Baş məşqçinin verdiyi raport əsasında hərəkət edən klub rəhbərliyi Belçika vətəndaşı olan mərakeşli müdafiəçinin sözləşməsinə xitam vermək qərariı alıb.

26 yaşlı legionerin kontraktı 1+1 illikdir. Hazırkı müqavilə iyunun 30-da qüvvədən düşəcək. Anlaşmanın ikinci hissəsi yalnız hər iki tərəfin istəyi ilə rəsmiləşə bilər.

Tərəflərdən biri bundan imtina edərsə, sənəd avtomatik hüquqi əsasını itirir. «Qarabağ» indi məhz bu müddəadan çıxış eləyərək, Faysalla vidalaşır.

Digər Xəbərlər
Xəbər Lenti