"Qarabağ"dan ayrılmağımın səbəbini Rəşad Sadıqovdan soruşun"

19 May 2020 21:00 Qarabağ 2 229
"Qarabağ"dan ayrılmağımın səbəbini Rəşad Sadıqovdan soruşun"

“Qarabağ”da 1 il ərzində xoş və pis günlərim oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri offsideplus.az-a İbrahim Qədirzadə deyib.

"Zaqatala"nın yarımmüdafiəçisi "Qarabağ"a keçidinin səbəbini açıqlayıb: "Məni ora Rəşad Sadıqov aparmışdı. Ona təşəkkür edirəm. Həmin vaxt mən MOİK-də əsgərlikdə idim.

Rəşadın sayəsində məni 1 illik icarəyə götürdülər. Rəşad məni “Qarabağ” aparmasaydı, mən bütün ili hərbi hissədə qalacaqdım. “Qarabağ”da Çempionlar Liqasına görə oynadım. Əvəzedicilərdə də, əsas komandada da məşqlər edirdim".

"Xəzər Lənkəran"ın sabiq üzvü Ağdam təmsilçisindən ayrılması barədə də danışıb: “Qarabağ”dan ayrılmağıma doğru cavabı Rəşadın özü verə bilər.

Mənim müqaviləm bitdi, MOİK məni geri çağırdı. Divizionda limit qoyuldu, tek mən yox, “İnter”də (indiki "Keşlə") oynayan Ceyhun Muxtarlını da geri çağırdılar. Düşünürəm ki, limit məsələsinə görə idi".

Digər Xəbərlər
Xəbər Lenti