“Qarabağ“ın adından istifadə edib, futbolçuları şirnikləndirirlər"

14 May 2020 18:30 Qarabağ 1 019
“Qarabağ“ın adından istifadə edib, futbolçuları şirnikləndirirlər"

“Menemenspor”un qapıçısı Gentian Selmani ”Qarabağ”ın maraq dairəsində deyil.

Bu barədə Sportinfo.az-a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin I Liqa klubunda çıxış edən kiperə təklif gödərməyiblər: “Bu, menecerlərin yaydığı spekulyativ xəbərlərdən başqa bir şey deyil.

Bizim albaniyalı qapıçı haqda geniş məlumatımız da yoxdur. Bilirsiz, ”Qarabağ” Avropada tanınan klubdur. Bəzi menecerlər klubumuzun adından istifadə edib, futbolçuları şirnikləndirir. Onu öz tərəfinə çəkmək üçün ”Qarabağ”ın adını çəkir və deyir ki, səni bu kluba aparacam. İndi də həmin söhbətdir”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM