"Qarabağ" kimi istəyirsə, "Beşiktaş" da onu istəyir

12 May 2020 12:30 Qarabağ 740
"Qarabağ" kimi istəyirsə, "Beşiktaş" da onu istəyir

“Qarabağ”ın təklif göndərdiyi “Menemenspor”un qapıçısı Gentian Selmani “Beşiktaş”ın da maraq dairəsindədir.

Sportinfo,az xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb.

Məlumata görə, Loris Kariusla yollarını ayıran İstanbul təmsilçisi 22 yaşlı qolkiperi transfer etmək niyyətindədir. “Beşiktaş”la yanaşı, İtaliya və Xorvatiya klublarından da oyunçuya təkliflər olduğu bildirilir.

Albaniyalı oyunçunun karyerasını harda davam edəcəyi gələn həftə bəlli olacaq. “Menemenspor”un baş məşqçisi Cenk Laleli Selmani üçün “Qarabağ”dan təklif aldıqlarını açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik