“Bunlar bizi maraqlandırmamalıdır” – “Qarabağ”ın yeni transferi inamlı danışdı

16 İyul 20:00 Qarabağ 637
“Bunlar bizi maraqlandırmamalıdır” – “Qarabağ”ın yeni transferi inamlı danışdı

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.

“Köhlən atlar” səfərdə “Vestri”nin qonağı olacaq.

İyulun 9-da Bakıda keçirilən ilk matçda təmsilçimiz İslandiya kubokunun son qalibinə göz açmağa imkan vermədın 3:0 hesablı inamlı qələbəyə sevinmişdi.

Lakin bu dəfə şərtlər fərqlidir.

Ağdam komandası uzaq İslandiyaya 7 saatlıq səfər edəcək, öyrəşmədiyi hava şəraitində və süni örtüklü meydanda oynamaq məcburiyyətində qalacaq.

“Qarabağ”ın fransalı yeni transferi Jali Muaddid Sportinfo.az-a açıqlamasında cavab matçı ilə bağlı fikirlərini səsləndirib:

“Səfərə gedirsənsə, bütün çətinliklərə hazır olmalısan. Məsafə, iqlim, süni örtük - bunlar bizi maraqlandırmamalıdır.

Hər iki komanda eyni şərtlər altında mübarizə aparacaq. Komandama və komanda yoldaşlarıma inanıram.

İlk oyunda nəyə qadir olduğumuzu göstərdik. Növbəti görüşdə daha inamlı olacağımıza əminəm.

Meydana qələbə qazanmaq üçün çıxacağıq. Bəli, heç-heçə də sərf edir, lakin məqsədimiz qalib gəlməkdir”.

“Vestri” – “Qarabağ” dueli iyulun 16-dan 17-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!