“Başqa işlərlə məşğul olaraq, xoşbəxt yaşamaq istəyirəm”

01:40 Dünya futbolu 101
“Başqa işlərlə məşğul olaraq, xoşbəxt yaşamaq istəyirəm”

İspaniyalı mütəxəssis Pep Qvardiola məşqçilik karyerasına ara verdikdən sonra futbol üçün darıxmadığını etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılan 55 yaşlı çalışdırıcı artıq həyatının yeni mərhələsini yaşamaq istədiyini bildirib:

“Daxilimdə heç nə üçün darıxmıram. Məşqçiliyə 37 yaşımda başladım və həyatımın hər anı futbolla bağlı olub.

İndi isə futboldan kənarda yeni bir həyat kəşf etmək, başqa işlərlə məşğul olaraq, xoşbəxt yaşamaq istəyirəm.

Fasilədən sonrakı həyata hələ uyğunlaşıram, amma hər şey kifayət qədər yaxşı gedir”.

Qvardiola əlavə edib ki, ailəsinə və özünə daha çox vaxt ayırmaq istəyir. Onun sözlərinə görə, “Mançester Siti”dən ayrılmasının əsas səbəblərindən biri də məhz bu olub.

Qvardiola məşqçi kimi üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

O, “Mançester Siti” ilə 6 dəfə İngiltərə Premyer Liqasını, “Barselona” ilə 3 dəfə La Liqanı, “Bayern”lə isə 3 dəfə Bundesliqanı qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik