Ağdam komandası üçün İslandiyaya nə qədər adam gələcək?

20:40 Qarabağ 181
Ağdam komandası üçün İslandiyaya nə qədər adam gələcək?

“Qarabağ” Avropa Liqasının növbəti mərhələsinə adlamağa yaxındır.

1-ci təsnifatın ilk matçında Bakıda “Vestri”ni üstələyən (3:0) “köhlən atlar” bu dəfə səfərdə meydana çıxacaq.

Azərbaycanın Avropadakı qüruru İslandiyada dəstəksiz qalmayacaq.

Düzdür, ciddi mənada anşlaq gözlənilmir. Həftəiçi, həm də oyunun adada keçirilməsi azarkeş sayına təsirsiz ötüşməyəcək. İslandiyada yaşayan həmyerlilərimizin sayının az olması da bu mənada sözünü deyəcək.

Meydan sahibi klub “Qarabağ” tərəfdarlarına 100 bilet ayırsa da, say bundan qat-qat az olacaq. Hardasa 15-20 nəfər.

Hər halda bu dəqiqəyə olan məlumat belədir. Qarşılaşmanın başlama saatına yaxın say məsələsində artım ola bilər – maksimum 5-10 nəfər.

Maraq üçün bildirək ki, biletin qiyməti 21 avrodur, təxminən 40 manat. Bietlər yalnız nəğd ödəniş üsulu ilə həyata keçiriləcək.

“Vestri” – “Qarabağ” dueli iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti