Nazirin sabiq müavininə yeni vəzifə verildi - FOTO

17 İyul 02:40 Hadisə 299
Nazirin sabiq müavininə yeni vəzifə verildi - FOTO

Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu qərar Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.

Qərara əsasən, Mariana Vasileva federasiyanın idman işləri üzrə direktoru vəzifəsinə təyin olunub.

İclas zamanı Cavid Qurbanov Mariana Vasilevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar və yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

M.Vasilyeva son olaraq Azərbaycanın Gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!