Mahir Emreli gələcək karyerası ilə bağlı mühüm qərar verib.
O, 2 ildən sonra Almaniyadan ayrılıb.
Azərbaycan millisinin hücumçusu yenidən Polşaya qayıdıb.
“Kayzerslautern“ə məxsus forvard “Rakuv“dan gələn dəvəti qəbul edib. Ekstraklassanın iddialı iştirakçısı II Bundesliqa təmsilçisi ilə danışıqlar apararaq, keçidi reallaşdırıb.
29 yaşlı ön xətt oyunçusunun “Kayzerslautern”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, ilk dönəmdə icarə əsasında çıxış edəcək. Müqavilə müddəti 1 ildir.
Polşa yığmamızın üzvünə yaxşı tanışolan ölkədlir. Emreli 2021-ci ilin yayında «Qarabağ»ı «Legiya»ya dəyişib,
2022-ci ilin əvvəlində isə buradan ayrılıb və Xorvatiyaya gedib. Zaqreb «Dinamo»su ilə 3 illik müqavilə bağlayıb, lakin əsas heyətdə möhkəmlənə bilmədiyi üçün sezonun ortasında «Konyaspor»a icarəyə verilib.
Türkiyə Super Liqasında 6 ay çıxış etdikdən sonra Balkan yarımadasına dönüb. 2024-cü ilin yayında isə «Nürnberq»ə üz tutub. Bir mövsüm
Miroslav Klozenin başçılığı altında II Bundesliqada forma geyinib, 2025-ci ilin iyununda isə «Kayzerlautern»in təklifini qəbul edib.
Üçillik kontraktla yeni yola çıxan Emrelinin ötən «futbol ili»ni boşa verdiyini deməliyik. Yerli məşqçi heyəti ilə yaşadığı problemlər üzündən meydana nadir hallarda çıxıb.
SPORTİNFO.AZ

