Adı “Qarabağ”la hallandı, sorağı "Ərzurumspor"dan eşidildi

16 İyul 14:20 Qarabağ 827
Adı “Qarabağ”la hallandı, sorağı "Ərzurumspor"dan eşidildi

"Partizan"dan Nihad Mujakiçin "Qarabağ"a transferi baş tutmaya bilər.

Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü olan müdafiəçinin "Partizan"dan ayrılacağı dəqiqləşmək üzrədir.

Lakin 28 yaşlı futbolçunun karyerasını Azərbaycanda deyil, Türkiyədə davam etdirəcəyi gözlənilir.

Bir müddət "Qarabağ"a keçəcəyi iddia olunan Mujakiç son anda qərarını dəyişib. Təcrübəli müdafiəçi "Ərzurumspor" ilə müqavilə imzalamağa yaxındır.

Mujakiç Türkiyə futboluna yaxşı bələddir.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qaziantep"də keçirib. Bundan əvvəl isə "Eyüpspor" və "Ankaragücü"nün də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!