"Qarşıdakı mövsümdə ilk "6-lıq"da yer almaq istəyirik"

17 İyul 07:20 Hadisə 675
"Qarşıdakı mövsümdə ilk "6-lıq"da yer almaq istəyirik"

"İmişli"nin 2026/2027 mövsümü üçün hədəfi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov bildirib.

Bölgə təmsilçisinin rəsmisi komandanın planları və strategiyası ilə bağlı açıqlama verib:

"İnsanın hədəfi yüksək olmalıdır. Qarşıdakı mövsümdə ilk "6-lıq"da yer almaq istəyirik

. Ötən mövsüm hədəfimizə nail olmuşduq. Bəzi insanlar çempionatı tərk edəcəyimizi düşünürdülər. Amma komanda gözləntiləri doğrultdu".

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM