"Ən zəif idmançı da burada özünü göstərməyə çalışır"

07:40 Cüdo 80
"Ən zəif idmançı da burada özünü göstərməyə çalışır"

Azərbaycan cüdoçularının Bakıda keçiriləcək dünya çempionatına hazırlığı sistemli şəkildə davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açıqlama verib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Bizim komandanın üçün əsas məqsədi olimpiadada yaxşı nəticə qazanmaqdır. Bakıdakı mundial 4 illiyin ortasına təsadüf edir.

Yarışın Azərbaycanda keçirilməsi məsuliyyətimizi artırır. Məşqçilər və idmançılar bunu başa düşürlər.

Hazırlığımız sistemli şəkildə davam edir. Dünya çempionatı başqa səviyyədir. Ən zəif idmançı da burada özünü göstərməyə çalışır".

Dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!