“Orada çox əziyyət çəkdik, razılığa gələ bilmirik”

03:10 Hadisə 595
“Orada çox əziyyət çəkdik, razılığa gələ bilmirik”

"İmişli" klubu 2026/2027 mövsümündə ev oyunlarını Yevlax şəhər stadionunda keçirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov bildirib.

Klub rəsmisi komandanın planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında açıqlama verib:

"Yevlax şəhər stadionu standartlara uyğundur. Ötən mövsüm ev oyunlarımızı Qubada keçirdik.

Orada çox əziyyət çəkdik. İmişlidəki stadionla bağlı isə razılığa gələ bilmirik. İndi orada fəaliyyət yoxdur.

Özümüzə stadion tikmək niyyətindəyik. Mövsümün əvvəlində bir az çətinliyimiz ola bilər. Amma bunu aradan qaldıracağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti