Qurban Qurbanovun komandasının bugünkü Avroliqa matçı canlı yayımlanmayacaq?

16 İyul 17:20 Qarabağ 2 370
Qurban Qurbanovun komandasının bugünkü Avroliqa matçı canlı yayımlanmayacaq?

“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün İslandiyada “Vestri”yə qarşı keçirəcəyi matç ölkəmizdə canlı yayımlanmaya bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb islandların “CBC Sport”dan yayım üçün yüksək ödəniş tələb etməsi və bir neçə şərt qoymasıdır.

“CBC Sport”dan verilən məlumata görə, hazırda danışıqlar davam edir.

İslandiya tərəfinin irəli sürdüyü şərtlər nə kanalı, nə də “Qarabağ” tərəfini razı salır.

“Vestri” – “Qarabağ” matçı bu gecə saat 00:00-da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM