DÇ-2026-nın ən yaxşı 5 futbolçusu - Tottinin seçimi

18 İyul 00:20 Dünya çempionatı 671
DÇ-2026-nın ən yaxşı 5 futbolçusu - Tottinin seçimi

İtaliyalı sabiq hücumçu Françesko Totti 2026-cı il dünya çempionatında ən parlaq çıxış edən futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Roma”nın sabiq hücumçusu “Fonbet”-in “YouTube” kanalına açıqlamasında Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Haland (Norveç), Çud Bellingem və Harri Keyni (hər ikisi İngiltərə) xüsusi vurğulayıb:

“Əsas qəhrəmanlar Messi, Mbappe, Haland, Bellingem və Keyndir. Onlar nəticə qazandırdılar və yığmalarının mümkün qədər irəliləməsinə kömək etdilər”.

Dünya çempionatının finalında Argentina və İspaniya yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da keçiriləcək və saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM