Mehri Ağayeva Sofiyadakı turnirdə gümüş medal qazandı

05:00 Digər növlər 72
Mehri Ağayeva Sofiyadakı turnirdə gümüş medal qazandı

Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən "Sofia Diving Cup" beynəlxalq turnirində gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

O, bir metr hündürlükdəki tramplindən sula tullanmada buna nail olub. İdmançı 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.

Eyni kateqoriya üzrə ötənilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Azərbaycan millisi Sofiyadakı yarışda 7 idmançı ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!