Milli uduzdu, onlar iğtişaş törətdi, 160 nəfər saxlanıldı - VİDEO

00:10 Fransa 90
Milli uduzdu, onlar iğtişaş törətdi, 160 nəfər saxlanıldı - VİDEO

İspaniyaya məğlub olaraq dünya çempionatı ilə vidalaşan Fransa millisinin azarkeşləri ölkədə iğtişaşlar törədib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra Paris və digər şəhərlərdə yüzlərlə azarkeş küçələrə axışıb.

Bəzi yerlərdə polisə qarşı müqavimət göstərilib, avtomobillər yandırılıb, mağazalara və ictimai əmlaka ziyan vurulub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verən hadisələr zamanı ümumilikdə 160 nəfər saxlanılıb.

Asayişi qorumaq üçün şəhərlərə minlərlə polis əməkdaşı cəlb olunub. Bildirilib ki, toqquşmalar nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb, çoxsaylı avtomobilə ziyan dəyib.

Fransa millisi dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olaraq final şansını itirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik